|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycanda mədəniyyət və incəsənətin əksər sahələrində yüksək səviyyəli mütəxəssis hazırlayan,geniş yaradıcılıq imkanlarına,elmi-metodiki bazaya malik olanyeganə ali təhsil müəssisəsidir.
Hazırda ADMİU-da 7 fakültə,hazırlıq şöbəsi və təkmilləşdirmə dekanlığı var.ADMİU 29 kafedrası,eləcə də əsaslı kitabxanası,geniş bədii və texniki imkanlara malik Tədris teatrı,kompüter mərkəzi,müasir avadanlıqla təhciz edilmiş nəşriyyat-poliqrafiya mərkəzi,idman klubu və bir çox digər qurumları olan ali təhsil ocağına çevrilmişdir.Gənclər burada aktyor,rejissor,kino və televiziya operatoru,menecer,müğənni,teatrşünas,kinoşünas,nəçriyyat-poliqrafiya içşisi,beynəlxalq mədəni əlaqələr üzrə ekspert və digər ixtisaslara yiyələnir.
ADMİU-da müxtəlif xarici ölkələrdən gəlmiş çoxlu sayda əcnəbi tələbə də təhsil alır.ADMİU-nun əsas inzibati və tədris korpusları Bakı şəhəri,İnşaatçılar prospekti 9 ünvanında yerləşir.Bundan baçqa ADMİU-nun şəhərin müxtəlif rayonlarında ayrı-ayrı tədris korpusları,nəşriyyat-poliqrafiya mərkəzi,Tədris teatrı,yataqxanası və digər strukturları vardır.
|
|