Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsi zəngin yaradıcılıq ənənələrinə malikdir. 1962-ci ildə “Teatr” fakültəsinin nəzdində “Rəssamlıq” şöbəsi yaradılıb və 1963-cü ildə ilk dəfə “Rəssamlıq” ixtisası üzrə dərslərin tədrisinə başlanılıb.
1967-1968-ci illərdə “Rəssamlıq” şöbəsində ilk dəfə olaraq “Rəsm” kafedrası açılıb.
1982-ci ildə “Rəssamlıq” şöbəsi əsasında institutda “Rəssamlıq” fakültəsi yaradılıb.
Hal-hazırda fakültəyə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyalı Quliyeva rəhbərlik edir.