Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz “Avropa Şərəf ordeni” ilə təltif edilib.
Xalq rəssamı bu ordenə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası elminə və təhsilinə yüksək xidmətlərinə görə layiq görülüb.
Professor Arif Əzizi mötəbər təltif münasibəti ilə təbrik edir, davamlı yaradıcılıq uğurları arzu edirik.