TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN SƏDRİ VƏZİFƏSİNƏ SEÇKİ KEÇİRİLİB
05.04.2024
Aprelin 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Yaradıcı Cəmiyyətinin sədri vəzifəsinə seçki ilə bağlı iclas keçirilib. İclasda Universitetin Elm və Yaradıcılıq İşləri üzrə prorektoru əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva, Tədris İşləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova, Fakültə Tələbə Elmi Cəmiyyətlərinin sədrləri və üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan dosent Sədaqət Əliyeva Tələbə Elmi Yaradıcı Cəmiyyətinin tarixi və fəaliyyəti haqqında məlumat verib. Dosent Nigar Rüstəmova Cəmiyyətin işinə uğurlar arzulayıb.
Sonra Sədaqət Əliyeva Tələbə Elmi Yaradıcı Cəmiyyətinin sədri vəzifəsinə öz namizədliyini irəli sürən şəxsləri Cəmiyyət üzvlərinə təqdim edib. Cəmiyyətin sədri vəzifəsinə namizədlər öz platformalarını səsləndiriblər. Ardınca gizli səsvermə keçirilib. Səsvermənin nəticəsində “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimi Ülkər Rzayeva səs çoxluğu ilə ADMİU Tələbə Elmi Yaradıcı Cəmiyyətinin sədri seçilib.