Audiovizual sənətlər (əvvəl: Kino və televiziya) fakültəsi 1945-ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür.
2016-cı ildən ADMİU-da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış Kino və televiziya fakültəsi 1997-ci ildən Rejissor sənəti fakültəsi kimi fəaliyyət göstərmişdir.
Teatr, kino və televiziya sahəsinin görkəmli sənətkarları və pedaqoqlar - A.Tuqanov, R.Təhmasib, K.Ziya, Ə.Sultanlı, M.Rəfili, Ə.İsgəndərov, M.Məmmədov, T.İsmayılov müxtəlif illərdə fakültədə bir çox ixtisas fənlərinin tədrisi ilə məşğul olmuşlar. İndi də Azərbaycanın görkəmli elm və sənət adamları O.Mirqasımov, C.Quliyev, V.Mustafayev, R.Quliyev, R.Qənbərov, H.Ömərova, A.Salayev, Nadir Bədəlov, Natiq Rəsulzadə, Ə.Əmirli və başqaları təhsilin müxtəlif pillələrində tədrisi davam etdirirlər.
Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 3 kafedranın 64 nəfərdən ibarət professor-müəllim heyəti bakalavriat və magistratura pillələrində 4 ixtisas və 9 ixtisaslaşman üzrə mütəxəssis hazırlığı aparır:
FAKÜLTƏDƏ 3 KAFEDRA FƏALİYYƏT GÖSTƏRİR:
1.
"Kino-televiziya sənətləri" kafedrası
3.
"Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrası
4.
"Ədəbiyyat və dillər" kafedrası
İxtisaslar:
- rejissorluq
- operator sənəti
- bədii yaradıcılıq və ekran dramaturgiyası
- kinoşünas
İxtisaslaşmalar:
- kino rejissoru
- TV rejissoru
- kinooperator sənəti
- rejissor sənətinin tarixi və nəzəriyyəsi
- kinooperator sənətinin tarixi və nəzəriyyəsi
- ədəbi iş
- ssenarist
- kino tənqidi
- kino tarixi və nəzəriyyəsi
Hazırda fakültədə təhsilin müxtəlif pillələrində tədris Azərbaycan və rus dillərində, əyani formalarda aparılır.
Fəaliyyət göstərdiyi müddətdən bu günədək fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Hazırda fakültənin tələbələri sırasında Türkiyə, Rusiya və İran vətəndaşları da var.
Fakültədə kino və televiziya pavilyonu, montaj otaqları, səsyazma studiyası və rəqəmsal laboratoriya tələbələrin ixtiyarındadır.
Hazırda fakültənin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent E.C.Mehdiyevdir.