Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-Televiziya sənətləri kafedrasının müdiri, dosent Elnur Mehdiyevin məqaləsi Rusiyada çap olunub.
Müəllifin “Əməkdaşlıq və inkişaf naminə” adlı məqaləsi Kino təhsili: MDB ölkələrinin müştərək təhsil proyektləri çərçivəsində işıq üzü görmüş “MDB ölkələrində kino təhsili vahid mədəni məkanın formalaşmasında alət kimi” elmi məqalələr toplusunda yer alıb.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) tərəfindən çap olunan toplu “MDB ölkələrində kino təhsili vahid mədəni məkanın formalaşmasında vasitə kimi” elmi konfransının yekunu olaraq hazırlanıb. Konfrans iştirakçıları çıxışlarında MDB ölkələrində kinomatoqrafiyanın inkişafı haqqında düşüncələrini təqdim edib, həmçinin, kinotəhsili sahəsində əməkdaşlıq məsələlərinin önəmini vurğulayıblar.
E.Mehdiyev öz məqaləsində Azərbaycanın kino sahəsində yeganə ali təhsil verən qurumu olan 100 yaşlı Mədəniyyət və İncəsənət Universitetinin keçdiyi tarixi yoldan, kino sənətinin inkişafına göstərdiyi töhfələrindən, beynəlxalq əməkdaşlıqlarından bəhs edib.