1945-ci ildə teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. “Aktyorluq”, “Rejissorluq” və “Teatrşünaslıq” ixtisasları üzrə mütəxısislər hazırlanmağa başladı.
Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər. Lakin 09 iyun 2015-ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək “Aktyor sənəti”, “Rejissor sənəti” və “Sənətşünaslıq “ fakültələri birləşdirilərək yeni böyük “Teatr sənəti” fakültəsi yaradıldı.
2017-ci ildən fakültənin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynovadır.
Fakültədə dərs deyən müəllimlərdən:
Xalq artisti - 9 nəfər
Əməkdar artist - 13 nəfər
Əməkdar incəsənət xadimi - 3 nəfər
Əməkdar mədəniyyət işçisi - 1 nəfər
Professor - 14 nəfər
Dosent - 24 nəfər
Fəlsəfə doktoru - 19 nəfər