Hazırda "Kulturologiya" adı altında fəaliyyət göstərən "Mədəni-maarif işi" fakültəsi 1959-cu ildən mütəxəssis hazırlığına başlamışdır. Yaranış tarixinə görə hələ çox gənc olan bu fakültə mədəniyyətin müxtəlif sahələrində - klub, mədəniyyət evi, mədəniyyət sarayları, muzey, konsert salonları, filarmoniya, kitabxana və teatr-kino müəssisələrinin rəhbərlərindən tutmuş mədəni-kütləvi tədbirlərin təşkilatçıları kimi vəzifələrdə çalışa biləcək yüksək ixtisaslı kadrların hazırlığını ictimai həyatın tələb etdiyi səviyyədə həyata keçirirdi.
1995-ci ildən "Mədəni-maarif işi" fakültəsi "Kulturologiya" adlandırılmağa başlayır. Hal-hazırda fakültədə "Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması", "Menecment", "Beynəlxalq münasibətlər", "Kulturologiya" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Fakültədə 50 nəfərədək professor-müəllim heyəti çalışır.