Universitetə qəbul olunmuş abituriyentlər əvvəlcə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir.
Sonra isə universitetin qəbul komissiyasına aşağıda göstərilən sənədləri təqdim etməlidir:
1. Şəxsiyyət vəsiqəsinin əsli və 6 ədəd surəti;
2. 3x4 fotoşəkil - 6 ədəd;
3. 3×4 ölçülü fotoşəkilin elektron variantını admiu.qebul@mail.ru elektron ünvana göndərmək;
4. Sağlamlıq haqqında arayış;
5. Attestatın və ya diplomun əsli;
6. Hərbi bilet və ya çağırış vərəqinin surəti - 2 ədəd;
a. Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş köçkün vəsiqəsinin əsli və notarial qaydada təsdiq olmuş surəti;
b. Şəhid ailəsinin üzvü olan abituriyentlər şəhid ailəsi vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti; Mərhum valideyninin ölüm haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq olmuş surəti;
c. Əlil olmuş vətəndaşın övladları abituriyentin doğum haqqında şəhadətnaməsinin əsli və surəti, notarial qaydada təsdiq olunmuş arayış (yalnız Az. Resp. ərazi bütövliyinin müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi zamanı əlil olmuş);
d. 23 yaşınadək hər 2 valideynini itirmiş və yaxud 1 valideyni vəfat etmiş abituriyentlər valideynin ölüm haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq olmuş surəti; Valideynin əlillik haqqında arayışının notarial qaydada surəti; Nikah haqqında şəhadətnamənin əsli və notarial qaydada təsdiq olmuş surəti.
Sənəd qəbulu: I-V günlər saat 10:00-dan 17:00-dək ADMİU-da keçiriləcək.
Nahar fasiləsi: 13:00 - 14:00 Ünvan: Universitetin əsas binasının kitabxanası Tel.: (012) 5990054