Aprelin 8-də "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında "Yeriyən Düşüncə" adlı gənclərin moda festivalı keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) geyim, moda-dizayn ixtisasında təhsil alan bakalavr və magistr tələbələrinin iki geyim kolleksiyası nümayiş olunub.
"Breakfast at Tiffany's", "Tomrisin sorağında" adlı hər iki kolleksiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festivalda ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı və müəllim heyəti iştirak ediblər.