ADMİU-nun Rəssamlıq fakültəsi Təsviri Sənət kafedrasının lll kurs Qrafika/Kitab tərtibatı və illüstrasiyası ixtisasının tələbələri “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Rənglərin Sirri” adlı sərgidə qalib olublar.
Tələbələr Fatimə Babazadə (1-ci yer), Vilçinskaya Naina (2-ci yer) və Zəhraxanım Kərimzadənin (3-cü yer) müəllimləri Elçin Cabarov və Zöhrab Cabbarovun rəhbərliyi altında yaratdıqları əsərlər 30 rəssamın əl işləri arasında fərqlənməyi bacarıb.