Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ömurboyu təhsil, karyera və məzunlarala iş bölməsi 2022-ci ildə Tədris şöbəsinin nəzdində yaradılmışdır.
Niyə ömürboyu təhsil?
Hədəf və məqsədlərimiz genişdir. Daim dəyişən və yeniləşən əmək şəraitində yeni kompetensiyaların əldə edilməsinə, mütəxəssislərin intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşdirilməsinə, gənc nəslin, yaşlıların “ömürboyu təhsil” konsepsiyası kontekstində ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin olunmasına, yeni bilik və bacarıqların əldə edilməsinə, əmək bazarının yeniləşən kompetensiyalarının araşdırılıb öyrənilməsinə, yeni ixtisasların yaradılmasına, təhsilin məzmununa dövrün tələblərinə müvafiq baxış keçirilməsinə, insanlarda yaradıcılıq maraqlarının və tələbatlarının gerçəkləşdirilməsinə xidmət etmək formal təhsillə yanaşı qeyri-formal təhsil forması vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.
Bu məqsədlə ADMİU-da Əlavə təhsilin müxtəlif istiqamətlərində tədris təşkil olunur.