BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ İŞ ŞÖBƏSİ
Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yeni beynəlxalq əlaqələrinin qurulmasında və beynəlxalq səviyyədəki hədəflənən vəzifələrin həllində əsas və təşəbbüskar rol oynayır.
Şöbə Universitetin struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsi, beynəlxalq istiqamətlər üzrə ADMİU maraqlarının və hüquqlarının qorunmasını təmin edir.
Beynəlxalq əlaqələr şöbəsi (indiki Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi) 2000-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə Universitetdə təhsil alan əcnəbi tələbələrə nəzarət və idarəetmə strukturun fəaliyyət istiqamətlərinə daxil olduğu üçün şöbə Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı.
Müasir dövrdə müstəqil Azərbaycan dövləti mədəniyyətə, mədəniyyət təhsilinə və onun beynəlxalq aləmə inteqrasiya etməsinə böyük əhəmiyyət verir.
100 illik tarixə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti respublikada incəsənət təmayüllü universitetlər arasında ilk universitetdir ki, Avropa İncəsənət Universitetlər Liqasına (ELİA) üzv olub.
2002-сi ildən Avropa İncəsənət Universitetlər Liqası (ELİA), 2008-ci ildən Beynəlxalq Universitetlər Birliyi, 2010-cu ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, 2011-ci ildən Beynəlxalq Muzeylər Şurası(İCOM), 2013-cü ildən Qafqaz Universitetlər Birliyi (KUNİB), 2017-ci ildən Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyası (SİMBA), 2018-ci ildən Beynəlxalq Sosial İşçilər Federasiyası, 2018-ci ildən Türk Dünyası Jurnalistləri Federasiyası, 2018-ci ildən Avrasiya Mədəniyyət və İncəsənət Assosiasiyası, 2022-ci ildən Cumulus incəsənət, dizayn və media yönümlü beynəlxalq və qlobal assosasiyanın, 2022-ci ildən Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür.
Ötən müddət ərzində ADMİU 42 ölkənin 120 ali məktəbi ilə əməkdaşlıq müqaviləsi imzalayaraq, bu istiqamətdə mütəmadi, səmərəli fəaliyyət göstərmişdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərin digər ali məktəblərə ezam olunmasında özünü biruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.
Bu günə qədər ADMİU-nu 1530 əcnəbi tələbə bitirərək, dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərir.
ADMİU Mövlana Dəyişim, Erasmus+, Almaniyanın təhsil üzrə nümayəndəliyinin “DAAD” proqramında, YUNESKO - ASCHBERG proqramında, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” mədəniyyət proqramında, “TEMPUS- TASİS”, “ERASMUS-MUNDUS” proqramlarında və bir çox digər beynəlxalq layihələrdə iştirak edib. Çin Milli Dram Akademiyası (2014), Türkiyə Qazantep Universiteti(2015), Ukrayna R.M.Qlier adına Kiyev Musiqi İnstitutu, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Rusiya Federasiyası Ulyanovsk Dövlət Universiteti (2016), Qazaxıstan Respublikası T.K. Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (2016), Özbəkistan Dövlət Konservatoriyası (2017), Çelyabinsk Dövlət İncəsənət İnstitutu (2017), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (2017), Beykənt Universiteti (2017), Kahramanmaraş Sütçü İmam Universiteti (2017), İğdır Universiteti (2017), Qazi Universiteti (2018), Ankara Musiqi və incəsənət Universiteti (2018), Gürcüstan Batumi Dövlət Mədəniyyət və İncəsənət universiteti (2018), Çin Bakı Konfutsi İnstitutu (2018), Xuçjou Universiteti Konfusi İnstitutu (2018), Çin Lanzou İncəsənət və Maarif Universiteti (2018), Xuçjou Universiteti Konfusi İnstitutu (2018), Perm Dövlət İncəsənət İnstitutu (2018), Rusiya Teatr Sənəti İnstitutu (QİTİS) (2018), Şimali Kipr Türk Respublikası (Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti (2018), Qazi Universiteti (2019), Kiyev Milli Texnologiya və Dizayn Universiteti (2019), S.A. Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya Universiteti (VQİK)(2019), T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası (2019), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (2019), Qazaxıstan Dövlət Pedoqoji Qızlar Universiteti (2019), Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu (2019), Kazan Dövlət Mədəniyyət İnstitutu (2021), Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi (2021), Hacettepe Universiteti Mevlana Mübadilə Protokolu (2022), Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu (2022), Sakarya(2022), Qırğız -Türk Manas(2022), Trakya(2022), İnönü(2022), Krakov(2022), Kars Kafkaz Universiteti (2022), Krakov Jan Matejko Təsviri İncəsənət Akademiyası (2022), Stroqanov adına Rusiya Dövlət Bədii Sənayə Univeristeti (2022), Moldova Musiqi, Teatr və Təsviri sənət Akademiyası(2023), Ankara Hacı Bayram Veli Univeriteti (2023), Dokuz Eylül Universiteti (2023), Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası (2023), Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universiteti (2023), Xarkov Dövlət Mədəniyyət Akademiyası (2023) və başqa ali məktəblərlə əməkdaşlığımız inkişaf etdirilir.
Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi aşağıdakı istqamətlərdə fəaliyyət göstərir:
- Nüfuzlu yaradıcı ali təhsil ocaqlarının fəaliyyət göstərdiyi ölkələrdə ADMİU-nun imicinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi;
- Beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması;
- ADMİU-nun beynəlmilələşməsi konteksində əcnəbi tələbələrin sayının artılması;
- Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin yüksək səviyyədə təşkil olunması;
- Əcnəbi tələbə və müəllimlər üçün Azərbaycan dilini öyrənmək imkanının yaradılması;
- ADMİU-nun tanınması və təbliği məqsədilə beynəlxalq sərgilərdə iştirak;
- Akademik və inzibati heyət üçün xarici dil təhsili imkanının yaradılması;
- Tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi;
- Bakalavriatura, magistratura və doktorantura təhsil pillələrində beynəlxalq ikili diplom proqramlarının yaradılması və sayının artırılması;
- İngilis dilində təhsil proqramlarının formalaşdırılması;
- MBA proqramlarının yaradılması və inkişaf etdirilməsi (Azərbaycan və ingilis dillərində);
- Avropa və Amerika təcrübəsindən istifadə edərək, təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması;
- Beynəlxalq ali təhsil müəssisələri ilə akademik əlaqələrin artırılması;
- Beynəlxalq nüfuzlu şəbəkələrə üzv olmaq və şəbəkələrin tədbirlərində fəal iştirak etmək;
- Beynəlxalq reytinqə daxil olmaq;
- Universitetin maliyyə imkanlarının artırılması üçün yeni daxili və xarici layihələrin hazırlanması;
- İnteqrasiya prinsipləri əsasında müəllim, tələbə, magistrant və doktorantların akademik mobilliyinin artırılması üçün beynəlxalq mübadilə imkanlarından daha geniş istifadə etmək;
- Müxtəlif beynəlxalq layihələr vasitəsilə xarici müəllimlərin tədris prosesinə cəlb edilməsi;
- Tələbələrin istehsalat təcrübəsi məqsədilə beynəlxalq müsabiqələrdə və festivallarda iştirakı;
- Müəllimlərin təcrübə mübadiləsi məqsədilə beynəlxalq müsabiqələrdə və festivallarda iştirakı.
Müstəqil Azərbaycan Respublikasında qəbul edilmiş Təhsil Qanununun konsepsiyaları mənəvi - əxlaqi baxımdan kamil, ixtisasca savadlı gəncliyin yetişməsi işinə yönəldilib. Bu işi həyata keçirmək ADMİU-nun prioritet istiqamətlərindəndir. Universitetin məqsədi dünyanın bədii sənət təhsilli ali məktəbləri ilə əməkdaşlıq etmək, Azərbaycan xalqının mənəvi-tarixi keçmişini dərindən öyrənən, bu millətin dünyadakı yerini dərk edən yüksək dövlətçilik duyğusuna, dərin əxlaqa malik, savadlı, müstəqilliyimizi qorumağa və tarixdə irəli aparmağa qadir mədəniyyət mütəxəssisləri yetişdirən bir ali məktəb kimi dünyada tanınmaqdır.
VİZA PROSEDURLARI HAQQINDA MƏLUMAT
QALEREYA