Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla
təkrar ali təhsil almaq üçün qəbul
ELAN EDİR
050301 Aktyor sənəti
050302 Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist)
050304 Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq)
050306 Dizayn (geyim dizaynı, interyer dizaynı, qrafik dizayn)
050308 İnstrumental ifaçılıq (fortepiano, violin(skripka), klarnet, saksafon, zərb alətləri)
Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban)
050310 Muzey, arxiv işi və abidələrin qorunması
050311 Operator sənəti
050312 Populyar musiqi və caz ifaçılığı (estrada sənəti)
050313 Qrafika (kitab tərtibatı və illustrasiyası, animasiya və kompüter qrafikası)
050314 Rejissorluq
050315 Rəngkarlıq
050316 Sənətşünaslıq (sahələr üzrə)
Təsviri sənətin tarixi və nəzəriyyəsi
Teatrşünaslıq
Kinoşünaslıq
050317 Vokal sənəti (xanəndə)
050209 Kitabxanaçılıq və informasiya fəaliyyəti
050210 Sosiologiya
050807 Sosial iş
050809 Turizm bələdçiliyi
050810 Turizm işinin təşkili
Yuxarıda göstərilən ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcəkdir.
ADMİU-da təkrar ali təhsilə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş pdf formatında) qaydada
info@admiu.edu.az mail ünvanına göndərilməklə həyata keçirilir.
Sənədlərin qəbulu 2023-cü ilin may ayının 10-dan sentyabr ayının 5-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Rektorun adına ərizə;
• Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
• 2023-cü ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript;
• 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
• Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd).
Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Ərizə forması
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80