"Mədəniyyət dünyası" adlı elmi-nəzəri məcmuə 1996-cı ildə təsis olunub. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), sənətşünaslıq, muzeyşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya, ilahiyyat və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur.
2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (ISSN) ilə nəşr olunur.
"Mədəniyyət dünyası" elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25.12.2019-cu il tarixində N4279 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır.
Jurnal rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdadır və 10.52094 nömrəli DOI (Dijital Object İdentifier) alıb.
2022-ci ildə daha bir yenilik məcmuənin (
academia.edu) dünya alimlərinin əməkdaşlıq etdiyi sosial şəbəkədə yerləşdirilməsi olmuşdur.
2023-cü ilin dekabr ayından etibarən ADMİU-nun “Mədəniyyət Dünyası” jurnalı Beynəlxalq Standart Seriya nömrəsi olan e-ISSN almışdır. (e-ISSN 3005-9941)
2023-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün daha bir yenilik universitetin «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuəsinin yeni saytının yaradılması olmuşdur.
www.medeniyyetdunyasi.az
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə Yol Xəritəsi”nə daxil olan göstərişlərin icrası məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət dünyası elmi-nəzəri məcmuəsinə daxil olan Redaksiya heyəti yenilənmiş yerli və xarici ölkələrin beynəlxalq indeksləşmiş bazalarda məqalələri nəşr olunan və yüksək h-indeks göstəricilərinə malik nüməyələndələrdən təşkil olunmuşdur.
Jurnal ildə iki dəfə işıq üzü görür. Məqalələr il boyu qəbul olunur.
Məqalə göndərmək istəyən və əlavə məlumat almaq istəyənlər
www.medeniyyetdunyasi.az saytında keçid edə bilərlər.