Aprelin 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, yazar, ədəbiyyatşünas Ramil Əhmədin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının bakalavriat səviyyəsinin tələbələri ilə görüşü baş tutub.
Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasının müdiri, professor Əli Əmirli, Audiovizual sənətlər fakültəsinin dekan müavini Vəfa Mirzəyeva da görüşdə iştirak ediblər.
Tədbiri Tədris işləri üzrə prorektor Nigar Rüstəmova giriş sözü ilə açaraq Ramil Əhmədin elmi və bədii yaradıcılığı və keçirilən tədbirin məqsədi haqqında məlumat verib, xüsusən, ssenarist kimi ixtisaslaşmaq məqsədi olan tələbələr üçün bu görüşün olduqca faydalı olacağına inandığını vurğulayıb.
Tədbirdə Ramil Əhməd "Yaradıcı yazarlıq" mövzusunda tələbələrə təlim keçib. O, məruzəsində yazarlıq təhsilinin tarixindən və günümüzdəki önəmindən bəhs edib, bu sahədə bir sıra önəmli nüansları tələbələrin diqqətinə çatdırıb.
Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.