Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Qasımov Toğrul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və İRƏLİ ictimai birliyinin təşkilatçılığı ilə “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” adlı layihədə təlimçi qismində iştirak edib.
2024-cü ilin Gənclər paytaxtı olan Lənkəran şəhərində həyata keçirilən layihədə qeyri-formal təhsilin əsas istiqamətlərindən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, habelə, bu sahədə təlimlər və seminarlar təşkil olunub.
Azərbaycanın fərqli rayon və kəndlərindən gənc müəllimlərin qatıldığı layihənin 3-cü günü Toğrul Qasımov “Dərs zamanı risklərin idarəolunması”, “İmpovizasiya”, "Forum teatrı” kimi mövzularda müəllimlərə istiqamətverici təlimlər keçib.