Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Malatya Turqut Özal Universiteti arasında planlaşdırılan əməkdaşlıq çərçivəsində ilk görüş “Zoom” platformasında onlayn şəkildə keçirilib.
Görüşdə ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədov, Musiqi sənəti fakültəsinin dekanı, dosent İradə Xəlilova və dekan müavini Mehriban Qasımova, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor Kamilə Dadaşzadə, Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva, Malatya Turqut Özal Universitetini təmsil edən rektor müavini professor İlhan Erdem, İncəsənət, dizayn və memarlıq fakültəsinin dekanı, professor Ersan Çiftçi, İncəsənət, Dizayn və Memarlıq fakültəsinin dekan müavinləri, professor Elif Sanem Güleç və dosent Ferdi Karaönçel, universitetin xarici əlaqələr şöbəsinin müdiri dosent Yeliz Gedik və Radio-Televiziya və Kino şöbəsinin müdiri dosent Sadiq Enser iştirak ediblər.
Görüşdə hər iki universitet arasında imzalanması planlaşdırılan əməkdaşlıq protokolu, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək müxtəlif fəaliyyətlərin təfərrüatları, tələbə mübadiləsi kimi mühüm məsələlər müzakirə edilib.