ADMİU-NUN MÜƏLLİMİNİN FİLMİ BEYNƏLXALQ FESTİVALDA QALİB OLUB
ADMİU-NUN MÜƏLLİMİNİN FİLMİ BEYNƏLXALQ FESTİVALDA QALİB OLUB
24.02.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi Hüseyn Cavadzadənin müəllifi olduğu “Yüz ilin sirləri” layihəsi çərçivəsində hazırlanan “Ən səmimi sevgi ilə” sənədli film beynəlxalq festivalda qalib olub.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən ekran işi Amsterdamda keçirilən “Amsterdam World İnternational Film Festival"da “Ən yaxşı sənədli film” nominasiyası üzrə mükafata layiq görülüb.
Festivalda ABŞ, Böyük Britaniya, Çin, İsveçrə, Portuqaliya, Koreya, Rusiya və digər ölkələr iştirak edib.
Layihə müəllifi Hüseyn Cavadzadənin sözlərinə görə, hazırda “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanan “Ən səmimi sevgi ilə” sənədli filminin mart ayında Türkiyə, aprel ayında Avropanın bir neçə ölkəsində, may ayında isə ABŞ-də geniş kütləyə təqdim olunması planlaşdırılır.