TÜRKİYƏNİN TANINMIŞ KİNOREJİSSORU ADMİU-DA QONAQ OLUB
TÜRKİYƏNİN TANINMIŞ KİNOREJİSSORU ADMİU-DA QONAQ OLUB
17.12.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış türkiyəli kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə görüş keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüşdə S.Kaplanoğlu film sektoru, kino layihələrinin əhəmiyyəti, bu istiqamətdə tədrisin təşkil olunması və sair kimi mövzularla bağlı öz təcrübələrini bölüşüb, tələbələrlə maraqlı fikir mübadiləsi aparıb.
Kino-televiziya sənətləri kafedrasının müdiri Elnur Mehdiyevin moderatorluğu ilə baş tutan tədbirin davamında qonaq tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, Semih Kaplanoğlu daha çox “Bal”, “Süd” və “Yumurta” filmlərindən ibarət “Yusif” trilogiyası ilə tanınır. Bu ekran əsərləri bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.