ADMİU-NUN BİR QRUP ƏMƏKDAŞI HƏMKARLAR İTTİFAQI TƏRƏFİNDƏN MÜKAFATLANDIRILIB
ADMİU-NUN BİR QRUP ƏMƏKDAŞI HƏMKARLAR İTTİFAQI TƏRƏFİNDƏN MÜKAFATLANDIRILIB
21.12.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşı universitetin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb.
Dekabrın 21-də ADMİU-nun qonağı olan ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə universitetin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı bir əsrlik rolundan danışıb, başda rektor Ceyran Mahmudova olmaqla, bütün kollektivi 100 illik yubiley münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edib.
ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova göstərilən etimada və diqqətə görə Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Universitet haqqında ətraflı məlumat verən rektor eyni zamanda, ADMİU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv fəaliyyətinə toxunub. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən təhsil ocağının rəhbəri ADMİU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.
Daha sonra M.Cəfərzadə ADMİU-nun 30-a yaxın əməkdaşına Fəxri Fərman və pul mükafatlarını təqdim edib.