Cahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin edilib.
Təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmrlər imzalayıb.
Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin (ADMİU) müəllimi, “Xəzər” tələbə xor kollektivinin bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Təranə Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə ADMİU-nun baş müəllimi, tələbələrdən ibarət Xalq Çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Prezident təqaüdçüsü Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.
Hər iki müəllimimizi yeni təyinatları münasibəti ilə ADMİU rəhbərliyi və kollektivi adından təbrik edir, yaradıcılıqlarında uğurlar arzu edirik!