ADMİU-NUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “ƏSRİ AHƏNGLƏŞDİRƏRKƏN” ADLI KONSERT PROQRAMI KEÇİRİLİB
ADMİU-NUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “ƏSRİ AHƏNGLƏŞDİRƏRKƏN” ADLI KONSERT PROQRAMI KEÇİRİLİB
16.10.2023
Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş “Əsri ahəngləşdirərkən” adlı konsert proqramı keçirilib.
Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrası tərəfindən təşkil olunmuş konsertdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konsertin əvvəlində ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva çıxış edərək universitetin kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, konsertin hazırlanma prosesindən danışıb.
Konsert proqramı ADMİU-nun “Xəzər” Tələbə Xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb (Bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova).
Gecənin davamında İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin ifasında səsləndirilən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri tamaşaçıların zövqünü oxşayıb.