ADMİU-NUN SABAH QRUPLARI TƏLƏBƏLƏRİ MÜSABİQƏDƏ QALİB OLUB
ADMİU-NUN SABAH QRUPLARI TƏLƏBƏLƏRİ MÜSABİQƏDƏ QALİB OLUB
07.11.2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları çərçivəsində “Zəfər Günü” müsabiqəsi keçirilib. “Zəfər günü” müsabiqəsində müxtəlif ATM-dən 22 komanda iştirak edib.
Həmin müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupları tələbələrinin şanlı zəfərimizi tərənnüm edən “Zəfər xatirəsi” filmi qaliblər sırasında yer alıb.
Filmin quruluşçu rejissoru Araz Quliyev və Mirhafiz Həsənov, ssenari müəllifi Mirhafiz Həsənov, rejissor assistenti Məhəmməd Alipanahidir. Rollarda ADMİU-nun dosenti Kəmalə Mehdiyeva və tələbə Məhəmmədəli Namazov iştirak ediblər.