ADMİU-da yay semestri müvəffəqiyyətlə başa çatıb. 2022/2023-cü tədris ilinin yay semestri 13.07.2023 - 23.08.2023-cü il tarixlərində təşkil olunub. Tələbələr akademik borclarının ləğv edilməsi və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə müvafiq fənlərdən yay semestrinə müraciət ediblər.
Yay semestrində 51 fənn üzrə 81 nəfər tələbə iştirak edib, 27 nəfər professor-müəllim heyəti könüllü surətdə dərslərə cəlb edilib.
Dərslər ənənəvi qaydada 5 həftə keçirilib, sonuncu həftədə isə (17.08.2022-23.08.2022) imtahanlar təşkil olunub.
Yay semestri üzrə əksər tələbələr müvəffəq qiymət alıb, iki tələbə müvəffəq qiymət aldıqları fənlərdən qiymətlərinin yüksəldilməsinə nail olublar.