2023/2024-cü tədris ili üçün ADMİU-da MBA proqramı üzrə saathesabı
MÜƏLLİM VAKANSİYASI
ELAN EDİLİR

Mədəniyyət və incəsənət sahəsində (əlaqəli sahələrdə) biznes və idarəetmə üzrə müəyyən iş təcrübəsi olan, yüksək pedaqoji keyfiyyətlərə malik, Azərbaycan, ingilis və rus dillərində aşağıda
göstərilən fənləri tədris etməyi bacaran şəxslər ADMİU-da MBA proqramı üzrə saathesabı qaydada tədrisə cəlb olunmaq üçün dəvət olunurlar:
Mədəniyyət və incəsənət sahəsinin iqtisadiyyatı
Mədəniyyət və incəsənət müəssisələrinin idarə edilməsi
Sivilizasiya tarixi
Mədəniyyət və incəsənətin sosiologiyası
Mədəniyyət və incəsənət sahəsində strategiya
Mədəniyyət və incəsənət sahəsində marketinq, kommunikasiya
Mədəniyyət və incəsənət sahəsində sahibkarlıq fəaliyyəti
Qrant layihələrin yazılması
Mədəniyyət və incəsənət sahəsində layihələrin idarə edilməsi
Mədəniyyət və incəsənət sahəsində hüquq
Mədəniyyət və incəsənət sahəsində yeni trendlər
Mədəniyyət və incəsənət sahəsində rəqəmsal marketinq
Qoyulan tələblər:
• ən azı magistr dərəcəsinin olması
• xarici dil bilikləri
• auditoriya ilə işləmək bacarıqları
• mədəniyyət və incəsənət sahəsində biznes və idarəetmə üzrə iş təcrübəsi
Müraciət etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
• CV
• fənn üzrə sillabus
• ali təhsilin və hər hansı elmi dərəcənin olması barədə sənəd
• şəxsiyyət vəsiqəsinin surəti
• mövcud olan sertifikatlar
Sənədlərinizi 2023-cü ilin avqust ayının 25-ə qədər aşağıda göstərilən mail ünvanına göndərə bilərsiniz.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
elavatahsil@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80