Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
magistratura səviyyəsinə qəbul olunan
bakalavrların nəzərinə!
Magistratura səviyyəsinə elektron sənəd qəbulu uzadıldı
Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi 3 avqust 2023-cü il saat 18:00-dək uzadılıb.
Müraciətçilər
www.portal.edu.az üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
MAGİSTRATURA səviyyəsinə tələb olunan sənədlərin
SİYAHISI
1. Portal.edu.az saytına daxil olub Elektron ərizə ilə müraciət etmək lazımdır;
2. Müraciət etdikdən sonra aşağıdakı sənədləri universitetə təqdim etmək lazımdır:
• Şəxsiyyət vəsiqəsinin surəti (6 ədəd);
• 3×4 ölçülü foto şəkil (rəngli, 4 ədəd);
• 3×4 ölçülü foto şəkilin elektron variantını
qebul@admiu.edu.az elektron ünvana göndərmək (rəngli, 1 ədəd);
• Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun əsli (əlavə ilə birlikdə);
• Carı ildə universiteti bitirənlər üçün isə bakalavr səviyyəsini bitirməsi haqqında arayış (bitirdiyi universitetdən);
• Məcburi köçkünlər üçün özünün və valideynlərinin məcburi köçkün olduqları haqda vəsiqənin əsli və notariusda təsdiq edilmiş surəti, yaşayış yerindən arayış;
• Ödənişli əsaslara qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti.
• Sağlamlıq haqqında arayış;
• Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti.
Ünvan: ADMİU-nun əsas binası
Tel: 012 599 00 54 (daxili 154)
070 237 34 37
Elektron poçt ünvanı:
qebul@admiu.edu.az
Sənəd qəbulu I-V günlər saat 1000 -dan 17:00 -dək aparılır.