İyunun 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri 26 İyun Silahlı Qüvvələr Günü münasibətiylə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə olublar. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı əsasında keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri, millət vəkili Səttar Möhbalıyevin müavini Mirzə Cəfərzadə çıxış edərək bayram münasibətiylə əsgər və zabit heyətini təbrik edib.
Daha sonra Komitə tərəfindən bayram münasibətiylə hərbi hissəyə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində ADMİU-nun tələbələrinin ifasında konsert proqramı baş tutub.
Tədbirin yekununda hərbi hissənin daxilində Ulu Öndər Heydər Əliyevin büstü və 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş abidə ziyarət olunub və qarşısına əklillər qoyulub.