Fevralın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda ilkin məsələ olaraq ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın təklifi ilə universitet əməkdaşlarının əməkhaqlarının artırılması məsələsi müzakirə olunub
Bu barədə qərar yekdilliklə təsdiq olunub. Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.
İclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.
İclasın davamında 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunu, apelyasiya komissiyasının hesabatı, 2022-2023-cü tədris ilinin yaz semestrinin təşkili barədə məruzələr, eləcə də ADMİU-nun Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru Məryəm Əlizadənin 2021-2022-ci tədris ili üçün hesabatı dinlənilib.
Sonda cari məsələlər üzrə fakültə şuralarının qərarlarının təsdiqi və müsabiqə yolu ilə seçki keçirilməsi qərarlaşdırılıb.