1968-ci ildən ADMİU-da fəaliyyət göstərən səsyazma studiyası Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Müxlis Cənizadə kimi sənətkarların rəhbərliyi ilə böyük bir tələbə ordusuna təcrübə meydanı olmuşdur. Azərbaycanda ilk dəfə ali təhsil müəssisəsində fəaliyyət göstərən bu studiyada universitetin aktyor və rejissor tələbələri müstəqil olaraq musiqili proqramlar və verilişlər hazırlayırlar. “İfaçılıq sənətinin inkişafı” metodikası vasitəsilə tələbələr səslərinin tembrıni, intonasiyalarını tənzimləməyə nail olurlar. Müasir dünyada həyatın bütün sahələrində olduğu kimi incəsənət sahəsində də informasiya texnologiyalarının rolu əvəzsizdir. Bu gün universitetimizdə təhsil alan aktyor, rejissor, ifaçı, musiqiçi tələbələrin inkişafına xidmət edən studiya müasir texniki avadanlıqla təchiz olunmuşdu.
Səsyazma studiyasına təcrübəli müəllim Faiq Babayev rəhbərlik edir.