Ellada Hüseynova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Universitetdə 1990-cı ildən fəaliyyət göstərən
Ellada Hüseynova - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir, 2008-ci ildən “Musiqişünaslıq” kafedrasının müdiri, 2011-ci ildən 2017-ci ilə qədər “Musiqi sənəti” fakültəsinin, 2017-ci ildən isə “Teatr sənəti” fakültəsinin dekanıdır.
Universiettdə keçirilən hər bir tədbirdə, seminar və konfranslarda yaxından iştirak etmiş Ellada Hüseynova monoqrafiya, A.Məlikovun “İki qəlbin dastanı” baleti haqda elmi iş, proqram və metodiki tövsiyyələrin, “Musiqi tarixi” dərsliyinin, respublikamızda və onun hüdudlarından kənarda çap olunan 40-a yaxın elmi məqalənin, o cümlədən, “Musiqi bədii vasitə kimi”, “Ölməzlik”, “Azərbaycan baletinin bəzi estetik problemləri”, “Rus musiqi alımləri və Azərbaycan zalq musiqisi (ümumi baxış)”, “Azərbaycan xalq musiqisi rus musiqişünaslarının əsərlərində”, “Rus musiqişünas alimlərinin yaradıcılığında Azərbaycan aşıq sənəti”, “Rus etnomusiqişünaslığında şərq problemi”, “V.M.Belyayev Azərbaycan instrumental (rəqs) musiqisi haqqında”, “Klassık musiqi mədəniyyətimiz”, “Rus musiqi elmi və milli dəyərlərimiz”, “El nəğməkarı”, “Vasif Adığözəlovun yaradıcılığında kino musiqisi”, “Üzeyirşünaslığa yeni bir töhfə”, “Musiqi elmimizin şah əsəri” “Mədəniyyətlərin qarşılıqlı əlaqələrinin bəzi aspektlərindən”, «Азербайджанский песенный фольклор в исследованиях русских музыковедов» (Kazan Dövlət Mədəniyyət və İncəsənət universitetinin xəbərləri. 2009), “Görkəmli tədqiqatçının yaradıcılığına bir nəzər” məqalələri və s. müəllifidir. Yuneskonun və İseskonun xoşməramlı səfiri, “Heydər Əliyev Fondunun” və “Azərbaycan Mədəniyyətinin Dostları Fondunun” prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyilə həyata keçirilən muğam layihələri çərçivəsində muğam sənətinin inkişafında və təbliğində mühüm rol oynayan “Muğam Ensiklopediya”sı layihəsinin tərtibçisi və redaktorudur. Ellada xanım həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Musiqi dünyası” jurnalının redaktoru, 2013-cü ildən Əməkdar mədəniyyət işçisidir.
(+994 12) 432 85 78