Mübariz Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
Məmmədli Mübariz Ənvər oğlu 1960-cı il sentyabrın 15-də Ağsu şəhərində anadan olub. Orta məktəbi Ağsu şəhərinin 2№li məktəbində aldıqdan sonra ali təhsilə 1977-1982-ci illərdə Rusiyanın Stavropol Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə yiyələnib.
Ali təhsil aldıqdan sonra indiyədək BSU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti kimi çalışıb. Bundan əlavə Qərb və Xəzər Universitetlərində filologiya üzrə bir çox proyektlərin həyata keçirilməsində iştirak edib, mühazirə və seminarlar aparıb.
Dünya ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsinin problemlərinə dair bir sıra məqalələri ölkə və xarici elmi-ədəbi jurnallarda işıq üzü görüb. 100-dən çox elmi-tənqidi və populyar-publisistik məqalənin müəllifidir.
Bu müddət ərzində müxtəlif illərdə N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi katibi və direktor müavini, Bülbül adına orta ixtisas musiqi məktəbinin tədris işləri üzrə direktor müavini kimi inzibati işlərdə çalışıb.