Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları Hindistanın Mumbai və Dehli şəhələrində keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında iştirak edib.
Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində (Kolkata, Dehli, Mumbayi, Banglaur və digər) keçirilən festival Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur.
Festivalın açılışında Universitetin Muğam sənəti kafedrasının professoru, Xalq artisti Səkinə İsmayılova, konsertmeyster Ramin Rzayev (tar), Əməkdar artist Fəridə Məlikova (kamança) və Ruhulla Dadaşov (nağara) Mahur-hindi və Bayatı-Şiraz muğamını, eləcə də təsnif və xalq mahnısını səsləndirib, festivala xüsusi rəng qatıblar.
Beynəlxalq festivalda bir çox fərqli mədəniyyətlərin sintezindən yaranan orijinal kompazisiyalar və ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.