ADMİU “GENDER PROBLEMİ VƏ MÜASİR AZƏRBAYCAN” KONFRANSINDA
ADMİU “GENDER PROBLEMİ VƏ MÜASİR AZƏRBAYCAN” KONFRANSINDA
24.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri “Gender problemi və müasir Azərbaycan” mövzusunda respublika konfransında iştirak ediblər. Azərbaycan Universitetinin ev sahibliyi etdiyi konfrans üç bölmədən ibarət olub: Gender tarixi, Ədəbiyyatda və dində gender problemi, Genderin hüquqi aspektləri olmaqla. Konfransda ADMİU-nun Kulturologiya kafedrasının rəhbəri, Dosent Sədaqət Əliyeva “Gender problematikasının Azərbaycan kulturologiyasında yeri” , Universitetin əməkdaşı dissertant İlahə Sadıqova isə “Ailədə gender identefikasiyası” adlı məruzəsi ilə çıxış edib.