ADMİU TƏLƏBƏLƏRİ “BİBLİYA TARİXİ” VƏ "PRAVOSLAV KATİXİZİSİ” KİTABLARININ TƏQDİMAT MƏRASİMİNDƏ
ADMİU TƏLƏBƏLƏRİ “BİBLİYA TARİXİ” VƏ "PRAVOSLAV KATİXİZİSİ” KİTABLARININ TƏQDİMAT MƏRASİMİNDƏ
30.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatı, Bilik Fondunun Universitet üzrə koordinatoru Muzeyşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Rəfi Qurbanzadə və tələbə heyəti AMEA-nın Dilçilik İnstitutunda keçirilən “Bibliya tarixi” və "Pravoslav Katixizisi” kitablarının təqdimat mərasimində iştirak ediblər. "Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor Mayıl B.Əsgərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” İctimai Birliyi tərəfindən nəşr olunub və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi icazəsi ilə Azərbaycana gətirilib.
Qeyd edək ki, tədbirdən sonra kitablar kitabxanalara, ictimai qurumlara və arzu edən bütün şəxslərə təmənnasız olaraq paylanılıb.