ADMİU-NUN PROFESSORU BAYRAM HACIZADƏNİN “KİRPİ”NİN RƏSSAMLARI ADLI DƏRS VƏSAİTİ İŞIQ ÜZÜ GÖRÜB
ADMİU-NUN PROFESSORU BAYRAM HACIZADƏNİN “KİRPİ”NİN RƏSSAMLARI ADLI DƏRS VƏSAİTİ İŞIQ ÜZÜ GÖRÜB
18.10.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları (1925-1969 I cild, 1980-1991 II cild, 1970-1979 III cild) Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün dərs vəsaiti işıq üzü görüb.
“Kirpi”nin rəssamları adlı dərs vəsaiti Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş rəssamlarımızın yaradıcılığına, “Kirpi” satirik jurnalında işıq üzü görmüş əsərlərinin tədqiqi və təhlilinə həsr olunub.
Rəssamlarımızın bir əsrdən artıq tarixə malik Azərbaycan satirik mətbuatı və satirik qrafikasının ən parlaq səhifələrindən biri olmuş “Kirpi” satirik jurnalında dərc edilmiş siyasi və məişət mövzulu karikaturaların, dostluq şarjlarının, təbliğatı və təşviqat xarakterli rəsmlərin bədii-mədəni və siyasi aspektdən öyrənilməsi gənc sənətşünasların milli karikatura tarixinə daha dərindən yiyələnməsi baxımından əhəmiyyətlidir.