ADMİU SABAH QRUPU TƏLƏBƏLƏRİNİN İFASINDA “PİGMALİON” TAMAŞASI
ADMİU SABAH QRUPU TƏLƏBƏLƏRİNİN İFASINDA “PİGMALİON” TAMAŞASI
03.06.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələri B.Şounun “Pigmalion” adlı tamaşasını təqdim edib.
İngilis dilindən şifahi imtahan sayılan tamaşa II, III kurs Aktyor və Rejissor sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub.
Sabah mərkəzinin xarici dil müəllimi Mahirə Hacıyeva tələbələrdə ingilis dilini təkmilləşdirmək məqsədi ilə seçdiyi bu əsəri onların dil səviyyəsinə uyğun olaraq qısaldmış, bir sıra obrazları ixtisar etmişdir. Tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyev, bədii rəhbəri Böyükxanım Məmmədbəyova, tələbələrlə rəqs üzrə iş isə Ofeliya Zeynalovaya aiddir.
Tələbələrin iştirakı ilə ilk dəfə ingilis dilində hazırlanan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva yaradıcı heyəti təbrik edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.