Yanvarın 9-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin tələbələri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev ilə birgə konsertdə iştirak ediblər.
Konsertdə Estrada sənəti kafedrasının tələbələri, solistlər - Məlik Məmmədov, Valeriya Hüseynzadə, Tamerlan Təhməzov, Rəşad Hacızadə, Tərhan İbrahimov, Həmid Həmzəyev, Fidan Həmzəyeva, Xanım Əliyeva, Röyal İlyasov, Elşad Qasımov, Cəlal Məlikli, Məftun Səfərli, Sərxan Cəfərov və Ziba Şucai çıxış ediblər. Tələbələrinin ifasında M.Maqomayev “Azərbaycan”, T.Quliyev “Sevdiyim qız”, R.Rüstəmov “Alagöz”, R.Allison “Je t’aime”, M.Gordon, H.Warren “At last” və digər əsərlər səslənib.