Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Səttar Bəhlulzadə adına gimnaziyada Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəxri Məmmədli komanda quruculuğu mövzusunda təlim təşkil edib. Təlimdə Kulturologiya fakültəsində Sənətşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Ülviyyə Hüseynova və Əfsanə Kərimovo da iştirak ediblər. Tələbələr təsviri incəsənətin müasir istiqamətlərindən olan “face art” üzrə bacarıqlarını da şagirdlərə əyani şəkildə təqdim ediblər. Həmçinin, bu sahə üzrə məktəblilərdə ilkin bacarıqları formalaşdırmaq üçün praktiki fəaliyyətlər sərgiləyiblər.  
Təlim zamanı təşkilatçı F.Məmmədli vurğulayib ki, bu silsilə təlimlər məktəblərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir və məqsəd şagirdlərin qeyri formal üsulla bilik və bacarıqlarının artırılmasından, mədəniyyət sahəsi üzrə maraq dairələrinin inkişaf etdirilməsindən, estetik təfəkkürlərinin yüksəldilməsindən ibarətdir. Eyni zamanda ADMİU-nun fakültə və kafedraları haqqında geniş məlumat verən F.Məmmədli qeyd edib ki, şagirdlərin gələcəkdə düzgün ixtisas və universitet seçimi etməsi üçün məktəb dövründən başlayaraq bu fəalliyyətlərin aparılması effektivdir.
 Tədbir sonunda şagirdlərə məktəb ləvazimatları hədiyyə edilib və təşkilatçı tələbələriylə birgə belə silsilə təlimlərin davam edəcəyini vurğulayıb.