Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 oktyabr 2018-ci il 03-11-1620/15 məktubuna əsasən ADMİU-da Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsini əsas götürərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” gözlənilməklə Əlavə təhsilin həyata keçirilməsinə icazə verilmişdir. Bu məqsədlə 2020-ci ildə ADMİU-da Tədrisin təşkili və keyfiyyətinin təminatı şöbəsinin nəzdində Əlavə təhsil bölməsi yaradılmışdır.
2022-ci ildə ADMİU-da aparılan struktur dəyişikliyi nəticəsində Tədris şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nomrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni əsas tutaraq ADMİU-da şöbənin nəzdində Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi təsis edilmişdir.
Bölmə əlavə təhsilin hər hansı istiqaməti üzrə sənədlərin toplanması və tədrisin təşkil edilməsi; MBA proqramı üzrə Biznesin təşkili və idarə edilməsi ixtisasına dair normativ sənədlərin hazırlanması, tədrisin təşkili, müvafiq fənlər üzrə kifayət qədər iş təcrübəsi və biliyi olan mütəxəssislərin tədrisə cəlb olunması; fakültələr üzrə bakalavriat səviyyəsində istehsalat, magistratura səviyyəsində pedaqoji, diplomqabağı, yaradıcılıq, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkilinə nəzarət olunması; tələbə və məzunların məlumat bazasının hazırlanması kimi məsələlərin həlli istiqamətində öz işini aparır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni əsas tutaraq bölmə tərəfindən ADMİU-da qısamüddətli ixtisas kurslarının təşkili həyata keçirilir.
Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinə Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Gülnarə Məmmədova rəhbərlik edir.
Bölmənin aparıcı mütəxəssisi:
İsmayılova İlahə Sadiq qızı
Bölmənin metodisti:
Mahmudlu Şükür Zakir oğlu