ÖMÜRBOYU TƏHSİL, KARYERA VƏ MƏZUNLARLA İŞ BÖLMƏSİNİN RƏHBƏRİ
Gülnarə Oqtay qızı Məmmədova 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Kürdəmir dəmiryol 13 nömrəli orta məktəbi, 1988-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu bitirib. 1988-2009-cu illərdə Kürdəmir şəhərində orta məktəbdə dərs deyib. 2009-cu ildə ADMİU-nun “Səhnə danışığı” kafedrasına laborant vəzifəsində, 2010-cu ildə “Ədəbiyyat və Azərbaycan dili” kafedrasında müəllim, 2012-2018-ci illərdə müsabiqə yolu ilə “Ədəbiyyat və dillər” kafedrasında müdir vəzifəsində işləyib. 30-dan çox elmi məqalənin və bir dərs vəsaitinin müəllifidir. 15 sentyabr 2020-ci ildə Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsində Əlavə təhsil bölməsinin rəhbəri, struktur dəyişikliyi ilə əlaqədar 12 sentyabr 2022-ci ildən Tədris şöbəsinin nəzdində Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri vəzifəsində çalışır.