
YAP Yasamal rayon təşkilatında “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, elmlər doktoru Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Elman Nəsirov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və Yasamal rayonunun müəllim kollektivi iştirak edib.
Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məsləhətçi professoru, YAP-ın universitet üzrə sədr müavini Sevda Teymurova da qatılıb.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq çıxışında ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” və “Təhsil millətin gələcəyidir!” dahi kəlamlarına istinad edib.
Tədbirdə məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının və inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə də Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir. Qeyd olundu ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirilir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Bu istiqamətdə də Respublika üzrə müəllim kollektivi hər zaman diqqət və qayğı ilə əhatə olunub.
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı, professor Elman Nəsirov, YAP Yasamal “A.M.Şərifzadə küç.173” ərazi partiya təşkilatının sədri, 13 nömrəli məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova və YAP Yasamal “M.Seyidov küç.27” ərazi partiya təşkialtının sədri, 21 saylı məktəbin direktoru Elza Bağırzadə elm, təhsilin inkişafında və müəllim kollektivinin dövlət qayğısı ilə əhatə olunmasında ulu öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər.
Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib.