ADMİU-NUN TƏLƏBƏLƏRİ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TƏCRÜBƏ KEÇİRLƏR
ADMİU-NUN TƏLƏBƏLƏRİ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TƏCRÜBƏ KEÇİRLƏR
17.05.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Muzeyşünaslıq kafedrasının “Muzey, arxiv işi, abidələrin qorunması” ixtisası üzrə təhsil alan bakalavr tələbələri Heydər Əliyev Mərkəzində təcrübə keçirlər.
Üç ay müddətində (fevralın 15-dan mayın 25-dək) xüsusi proqram əsasında keçirilən təcrübədən yararlanacaq bakalavrların həmin müəssisə ilə hərtərəfli və yaxından tanış olmalarının təmini məqsədilə Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin baş mütəxəssisi Nailə Həsənova təcrübəçilərin nəzəri biliklərinin artırılması və əməli bacarıqlarının təkmilləşdirilməsi üçün müxtəlif forma və vasitələrdən istifadə edir. Təcrübə müddəti ərzində o, bakalavrları Heydər Əliyev Mərkəzində təşkil edilmiş müxtəlif sərgilərlə tanış edib, Nobel qardaşlarının ev muzeyinə ekskursiyasını həyata keçirib.
Qeyd edək ki, ADMİU-nun Muzeyşünaslıq kafedrası doqquz ildir ki, “Muzey, arxiv işi, abidələrin qorunması” ixtisası üzrə təhsil alan bakalavrların buraxılış təcrübəsinin təşkilində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıq edir. Muzeyşünaslıq kafedrası tərəfindən təcrübəyə baş müəllim Afər Allahverdiyeva rəhbərlik edir.