ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Elmi-analitik Mərkəz tərəfindən II kurs magistratura səviyyəsində təhsilalanlar üçün “Magistr dissertasiyalarında plagiat problemi və onunla mübarizə üsulları” adlı təlimlərin keçirilməsi nəzərdə tutulur. İlk təlim ADMİU-nun Kulturologiya və Musiqi sənəti fakültəsinin magistrantları üçün aprel ayının 6-da saat 17:00-da əsas korpusun Elmi Şura zalında təşkil olunacaqdır. Qeyd olunan fakültələrin magistrantlarının təlimdə iştirakı vacibdir.