ADMİU-NUN KOLLEKTİVİ VƏ TƏLƏBƏLƏRİ “ANA HARAYI” ABİDƏSİNİ ZİYARƏT EDİB
ADMİU-NUN KOLLEKTİVİ VƏ TƏLƏBƏLƏRİ “ANA HARAYI” ABİDƏSİNİ ZİYARƏT EDİB
26.02.2024
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi və tələbələri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Soyqırımı abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.