1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin gənc müəllim və tələbə heyəti də X “Gəncliyin səsi” festivalı çərçivəsində keçiriləcək silsilə tədbirlərdə iştirak edəcəklər. “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Festival çərçivəsində ilk dəfə aşıq sənətinə həsr olunmuş konsert olacaqdır. 14-29 yaşlı şəxslər üçün 2 fevral tarixində Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərə giriş sərbəst olacaq.