Yanvarın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elm və Təhsil naziri tərəfindən ADMİU-nun 100 illik yubileyi münasibəti ilə təltif edilən bir sıra əməkdaşın mükafatları təqdim olunub.
Universitetin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova əməkdaşları salamlayaraq geridə qoyduğumuz ilin ölkəmiz və universitetimiz üçün önəmindən danışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə dövlət başçısının müvafiq sərəncamlarını xatırladan xanım rektor ali təhsil ocağının bir sıra əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırıldığını, bir sıra əməkdaşın isə Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən döş nişanı və fəxri fərmanlara layiq görüldüyünü diqqətə çatdırıb, bu təltifləri universitetlə yanaşı, onların yaradıcılıqlarına, fəaliyyətlərinə göstərilən böyük etimad kimi dəyərləndirib.
Təltiflərə layiq görülən hər kəsi təbrik edən rektor onlara Elm və Təhsil nazirliyinin mükafatlarını təqdim edib.
Qeyd edək ki, ADMİU-nun müəllimlərinin 23 nəfəri Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 5 nəfəri Fəxri Fərman ilə təltif edilib.
Təltif olunanlar:
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı:
1. Bəsti Cəfərova
2. İsrafil Ağazadə
3. Səyavuş Məhişov
4. Zakir Əliyev
5. Gülyanaq Məmmədova
6. Güllü İsmayılova
7. Elnur Mehdiyev
8. İradə Xəlilova
9. Rəfail Qəmbərov
10. Rafiq Quliyev
11. Elfira Məlikova
12. Ofelya Zeynalova
13. Yaqut Paşayeva
14. Nofəl Vəliyev
15. Əsəd Rzayev
16. Məmmədsəfa Qasımov
17. Ağalar Bayramov
18. Umud İbrahimov
19. Sədaqət Əliyeva
20. Elmira Əlizadə
21. Teyyub Aslanov
22. Samirə Əliyeva
23. Elmar Sultanov
“Fəxri Fərman”:
1. Mustafa Aşurov
2. Fikrət Sultanov
3. Mehriban Qasımova
4. Sevinc Şıxhüseynova
5. Fikrət Məlikov