ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi “Çox oxunan nəşrlər” adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi universitetin oxu zalları və abonement vasitəsilə hər ay tez-tez müraciət olunan və ən çox mütaliə edilən nəşrlərin tanıdılması və geniş ictimaiyyətə çatdırılmasıdır. Layihə çərçivəsində ADMİU-da 5 fakültədə tədris edilən müxtəlif ixtisaslar üzrə dərslik, dərs vəsaitləri, eləcə də şəxsi inkişafla bağlı kitablar, sosial-psixoloji məzmunlu nəşrlər, yerli və dünya ədəbiyyatı nümunələri barədə məlumat veriləcəkdir. Kitablarla daha yaxından tanış olmaq istəyənlər Kitabxana-İnformasiya Mərkəzinə müraciət edə bilər.
Layihənin ilk sayında oxucuların 2023-cü ilin dekabr ayı ərzində ən çox müraciət etdiyi nəşrlər təqdim olunur:
- Teatr sənəti fakültəsi üzrə (Quliyev, Ə. Səhnə danışığı: dərslik. – Bakı: Ziya, 2011. – 280 s.);
- Audiovizual sənətlər fakültəsi üzrə (Dram və ssenari yaradıcılığı: dərs vəsaiti/ Tərt. Ə.Əmirli. – Bakı: ADMİU, 2019. – 528 s.);
- Rəssamlıq fakültəsi üzrə (Rəssamlar üçün anatomiya: dərslik /Tərt.: N.Əliyev, A.İsmayılov. – Bakı: Səda, 2005. – 200 s.);
- Musiqi sənəti fakültəsi üzrə (Hacıbəyli, Ü. Azərbaycan xalq musiqisinin əsasları. – Bakı: Şərq-Qərb, 2019. – 360 s.)
- Kulturologiya fakültəsi üzrə (Eyvazova, Y. Abidəşünaslıq: monoqrafiya. – Bakı: ADMİU, 2017. – 236 s.)