ADMİU-NUN ƏMƏKDAŞLARI KTH KRAL TEXNOLOGİYA UNİVERSİTETİNDƏ TƏLİMDƏ OLUBLAR
ADMİU-NUN ƏMƏKDAŞLARI KTH KRAL TEXNOLOGİYA UNİVERSİTETİNDƏ TƏLİMDƏ OLUBLAR
18.09.2023
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində 21-25 avqust tarixlərini əhatə edən işgüzar səfərdə KTH Kral Texnologiya Universitetində sahibkarlıq və innovasiya mövzularında təlimlər keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov səfərdən sonra ADMİU-da təlim keçiblər. Oktyabrın 17-də baş tutan təlimdə çıxışçılar öz təəssüratlarını və qazandıqları təcrübələri bölüşüblər.
Tədbir zamanı təlimçilər təqdimatla çıxış edərək təlim müddətində səfər edilmiş müxtəlif strukturlar, KTH Universitetində tanış olduqları mühit, sahibkarlıq və innovasiya fəaliyyətinin başlıca prinsipləri haqqında ümumi məlumat veriblər. Sonda isə tədbir iştirakçılarının sualları səfər edən nümayəndələr tərəfindən cavablandırılıb və interaktiv müzakirələr aparılıb.