Dekabrın 18-də Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə "Beynəlxalq Miqrant Günü"nə həsr olunmuş tədbir keçirilib.
"Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi" adlı tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və əcnəbi tələbələr Haleh Pirsa Abdorrahman, Sima Samadiangavgani Ayyoub, Ojarova Lachyn təmsil ediblər.